Emin Ağayevin komandası heç-heçə oynadı

Emin Ağayevin komandası heç-heçə oynadı
XƏBƏR 21 Oktyabr 2009 / 13:48 1722
-  A +

Azərbaycan milli komandasının sabiq üzvü Emin Ağayevin şərəfini qoruduğu “Volqa” Rusiya çempionatının ikinci divizionunda növbəti turun oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Moskvada “Lokomotiv-2” ilə qarşılaşan tverlilər rəqibin müqavimətini qıra bilməyiblər və görüşdə hesab açılmayıb. Həmişə olduğu kimi, bu dəfə də 90 dəqiqə meydanda olan Emin komandanın kapitan sarğısını da daşıyıb. Bu nəticədən sonra “Volqa” turnir cədvəlində 1 pillə geriləyərək, 7-ci sıraya düşüb. Tver klubunun hesabında hazırda 51 xal var.


Son xəbərlər