Mübariz Mənsimov Sarkozinin təyyarəsindən sifariş etdi

Mübariz Mənsimov Sarkozinin təyyarəsindən sifariş etdi
XƏBƏR 21 Oktyabr 2009 / 13:44 1832
-  A +

“Xəzər Lənkəran” futbol klubunun fəxri prezidenti və “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov “Falcon 7X” markalı reaktiv təyyarə sifariş edib. Türkiyə mətbuatının verdiyi məlumata görə, qiyməti 50 milyon dollar olan mini-təyyarə Türkiyədə yaşayan azərbaycanlı iş adamının sərəncamına 2011-ci ildə veriləcək. Mənsimovun ayda orta hesabla 120 saat uçuşda olduğu bildirilir. O, yeni təyyarəsinin daxili görkəmini tam öz zövqünə uyğunlaşdırmaq üçün əlavə 5 milyon dollar da xərcləyəcək. “Falcon 7X”dən dünyanın ən görkəmli şəxsləri, o cümlədən Fransa prezidenti Nikola Sarkozi də yararlanır. O, həyat yoldaşı Karla Bruninin şərəfinə təyyarəsinə “Carla One” adını verib. Dənizlə yük daşınmasında dünyanın ən böyük 5 şirkətindən birinin sahibi olan Mənsimovun isə “Falcon 2000”, “Falcon 900 EX” və “Hawker 800” markalı təyyarələri də var. “Falcon 7X”ə də yiyələndikdən sonra o, Türkiyənin ən bahalı təyyarəsinin sahibi olacaq.

Mənbə: lent.az


Son xəbərlər