Rauf Mehdiyev rəsmən “Simurq”dan kənarlaşdırıldı

Rauf Mehdiyev rəsmən “Simurq”dan kənarlaşdırıldı
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2009 / 13:19 2042
-  A +

Milli komandamızın sabiq qapıçısı Rauf Mehdiyev artıq rəsmən “Simurq”dan kənarlaşdırılıb. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində Zaqatala klubunun prezidenti Zaur Məmmədov məlumat verib: “Rauf Mehdiyevlə artıq rəsmən vidalaşdıq. Düzdür, onun bizimlə müqaviləsi var. Bununla belə, Raufa təzminat verməyəcəyik. Onsuz da biz əvvəlcədən onun təzminatını ödəmişdik. Elə buna görə də o zədəli olduğunu əsas gətirərək, məşqlərdən kənarda qalırdı”. 

Daha çox


Son xəbərlər