Diniyev Kislovodskda qalmağı üstün tutdu

Diniyev Kislovodskda qalmağı üstün tutdu
XƏBƏR 21 Oktyabr 2009 / 11:58 1873
-  A +

Play-off mərhələsinin oyunlarıyla əlaqədar Rusiya çempionatında noyabrın 9-dan 21-dək fasilə yaranacaq. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu müddət ərzində milli komandamızın keçmiş baş məqşçisi Şahin Diniyevin çalışdırdığı “Terek” hazırlığını Kislovodskda keçəcək. Bu haqda Qroznı təmsilçisinin vitse-prezidenti Heydər Alxanov məlumat verib: “Futbolçulara bir neçə günlük istirahət vermişik. Bundan sonra komanda bir yerə toplaşacaq. Hazırlığımızı Kislovodskda keçəcəyik. Onsuz da oradakı bazamızda yaxşı hazırlıq keçmək üçün hər bir şərait var”.
Bu arada Şahin Diniyevin “Terek”in əsas komandasının baş məşqçisi kimi “Krılya Sovetov”a qarşı keçirəcəyi debüt matçının hakimləri məlum olub. Samarada baş tutacaq matçı Aleksey Kovalyov idarə edəcək. Ona Lev Antonovla Oleq Xaçaturov kömək edəcəklər


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı