"Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl, direktor Əmrah Çəlikəl və menecer Asif Əsgərov "Tvente" klubunun rəhbərliyinin dəvətilə Hollandiya yollanıblar. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə hər iki klubun qarşılıqlı əməkdaşlıq qurması haqqında razılıq əldə olunub. Gənc m
əşqçilərimizin Hollandiyada kurslarda iştirakı, "Tvente" məşqçilərinin Bakıya gəlməsi də müzakirə mövzuları olub. "Tvente"nin prezidenti Joop Munsterman müasir Azərbaycan futbolunu 5-6 il öncəki Hollandiya futbolu ilə müqayisə edib. Görüşdə baş verən maraqlı məqamlardan biri, "Tvente"nin tarixinə dair videorolikdə klubun son əldə etdiyi uğur zamanı klub prezidentinin baş məşqçi Stiv Maklareni qucaqlayaraq ağlaması zamanı olub. Videoroliki izləyən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin "deyəsən ağlayan tək klub prezidenti mən deyilmişəm" kəlməsi qarşısında holland klubunun prezidenti "bizi birləşdirən məqamlar hələ çox olacaq" cavabını verib.Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi