“Bakı” “İnter”lə oyuna 7 futbolçusuz hazırlaşır

XƏBƏR 20 Oktyabr 2009 / 20:11 1730
-  A +

Unibank Premyer Liqanın III turundan təxirə salınan oyunda “İnter”lə qarşılaşacaq “Bakı” qarşıdakı matçın hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, “zolaqlılar” məşqlərini milli komandaların olimpiya bazasında davam etdirir. Ciddi oyunöncəsi “Bakı”nın heyətində itkilər var. Zədədən əziyyət çəkən Saşa Yunusoğlu, Rafael Əmirbəyov və Kristian Muskaluyla yanaşı əsas heyətdən kənarlaşdırılan Daniel Oprita və Rafael Barbosanın “İnter”ə qarşı oynamayacağı dəqiqdir.
Bülənt Qorxmazın aşağı yaş qrupu üzrə komandadan əsas heyətə cəlb etdiyi 4 oyunçudan ikisi “İnter”lə matçın hazırlığından kənar qalıb. Söhbət hazırda 17 yaşadək futbolçulardan ibarət millimizin təlim-məşq toplanışına qatılan Hacı Əhmədovla Rəhman Hacıyevdən gedir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki