AFFA “Qəbələ”ni 7 min manat cərimələdi

AFFA “Qəbələ”ni 7 min manat cərimələdi
XƏBƏR 20 Oktyabr 2009 / 13:26 1712
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, iclasda qəbul olunan qərara əsasən son turda “Olimpik-Şüvəlan”ı məğlub “Qəbələ” klubuna 3 xal 7 min manata başa gəlib. 4 min Vidadi Rzayevin cəzalaın dırılmasına görə ziyana düşən Qəbələ təmsilçisi daha azarkeşlərin meydana kənar əşya atmasına görə daha iki min cərimə döməlidir. Daha min manat isə 4 futbolçunun sarı vərəqə almasına görədir.
Sarı vərəqə limitinə görə əvəzedici komandalardan “Bakı” və “Muğan” hərəyə 500, I divizion təmsiçlçilərindən “MKT Araz”, “Şahdağ” və MOİK isə hərəyə 100 manat cərimə olunublar.
Eyni zamanda əvəzedicilərin çempionatında “İnter”lə qarşılaşmada “Muğan”ın üzvü Cavidan Musazadə məsafəyə riayət etmədiyinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub. 
“Qarabağ” - “Neftçi” oyununun 40-cı dəqiqəsində Ağdam klubunun üzvü Fərid Haqverdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın