“Bakı”nın kapitanı “İnter” və “Neftçi”yə qarşı oynamayacaq

“Bakı”nın kapitanı “İnter” və “Neftçi”yə qarşı oynamayacaq
XƏBƏR 20 Oktyabr 2009 / 12:47 1774
-  A +

Bir müddətdir zədəli olan və bu səbəbdən də Premyer Liqanın son turunda “Turan”a qarşı keçirilən görüşdə iştirak etməyən “Bakı”nın kapitanı Rafael Əmirbəyovun zədəsi davam edir. Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçunun ayağındakı ağrılar azalsa da, hazırda bərpaetmə dövrü keçir. Bu isə bir qədər vaxt aparacaq. Məhz bu səbədən Rafael Əmirbəyov cümə axşamı “İnter”lə, bazar günü isə “Neftçi”ylə matçla meydana çıxa bilməyəcək. R.Əmirbəyovun yalnız doqquzuncu tur çərçivəsində səfərdə “Qəbələ”yə qarşı keçiriləcək matçda forma geyməsi gözlənilir.
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki