Yaşar Seyidov: “Naçevski və Brankoviç yalan danışır”

Yaşar Seyidov: “Naçevski və Brankoviç yalan danışır”
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2009 / 12:18 2066
-  A +

“Həm Brankoviçin, həm də Naçevskinin ittihamları əsassızdır. “Bakı” klubunun nəinki onlara, ümumiyyətlə heç bir futbolçuya borcu yoxdur”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Bakı”nın icraçı direktoru Yaşar Seyidov klubun sabiq üzvləri - Dejan Brankoviç və Draqan Naçevskinin klubdan FİFA-ya şikayət etmələrinə münasibət bildirərkən deyib. Y.Seyidov bildirib ki, əllərində rəsmi sənəd var və bu sənədlərdə kimin haqlı, kimin haqsız olması açıq-aşkar görünür: “Bizim əlimizdə sənədlər var. Naçevski komandanı tərk edərkən rəsmi sənədə imza atıb. Həmin sənəddə isə futbolçu öz imzasıyla təsdiq edir ki, nə mənim klubdan, nə də klubun məndən heç bir maddi tələbi yoxdur. O ki qaldı Brankoviçin məsələsinə, onun da ittihamı əsassızdır. Çünki Brankoviçin klubla imzaladığı rəsmi müqavilədə xüsusi bənd yer alır. Həmin bənddə isə qeyd olunub ki, futbolçu mövsüm ərzində oyunların minimum 50 faizində iştirak edəcəyi halda mükafat və ya həvəsləndirici para ala bilər. Brankoviç isə mövsüm ərzində cəmi 3-4 oyunda forma geyib ki, bu da heç 15 faiz eləmir. Bir daha təkrarlayıram ki, hər iki futbolçunun ittihamı əsassızdır. Bizim əlimizdə rəsmi sənədlər var və məhz bu sənədlərə əsasən danışırıq. “Bakı” futbol klubunun heç bir oyunçuya borcu yoxdur”.  

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord