"Simurq” “Standard” önünə itkilərlə çıxacaq

"Simurq” “Standard” önünə itkilərlə çıxacaq
XƏBƏR 19 Oktyabr 2009 / 19:36 1642
-  A +

Sabah Mehdi Hüseynzadə adına stadionda "Standard"la üçüncü turdan təxirə salınmış oyuna çıxacaq "Simurq" artıq Sumqayıtdadır. Qol.Az-ın Zaqatala klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Simurq” "Neapol" otelində məskunlaşıb və bu gün axşam saatlarında oyunun keçiriləcəyi arenada məşqə çıxıb.
Komandanın aparıcı üzvü Elşən Məmmədov bu məşqi kənardan izləyib. "Karvan"la qarşılaşmanın gedişində zədələnən, sonra həkimlərin müdaxiləsi ilə meydançaya qayıdan, amma ikinci hissədə əvəzlənən hücumçu sabahkı görüşü buraxmalı olacaq.
Zədələri davam edən Tural Cəlilovla Roman Axalkatsi də "Standard"la matçda komandamıza kömək edə bilməyəcəklər.

 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord