Futbol totalizatorlarının yaradılması üzrə işlər sürətləndirilir

XƏBƏR 19 Oktyabr 2009 / 19:15 1729
-  A +

Azərbaycanda futbol totalizatorlarının yaradılması üzrə işlər sürətləndirilir. Bu haqda jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib: “Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) hazırda Azərbaycanda futbol totalizatorlarının yaradılması işlərini həyata keçirir".

Xatırladaq ki, Milli Məclisin komitəsinin iyunun 24-də keçirilən iclasında "Bədən tərbiyəsi və idman haqqında" qanun layihəsinə lotereya və totalizatorlar vasitəsilə idmanın maliyyələşdirilməsini nəzərdə tutan yeni əsasnamə tətbiq edilib.

Bir müddət əvvəl Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə bildirmişdi ki, Azərbaycanda totalizatorlar vasitəsilə idmanın maliyyələşdirilməsi qanuniləşdirilməlidir. 

Mənbə: trend.az


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord