Gəncə-Kiyev aviareysində qiymət endirildi (R)

XƏBƏR 19 Oktyabr 2009 / 18:33 2524
-  A +

Ukraynanın “Donbassaero” aviaşirkəti Azərbaycan və Ukrayna arasında aviasiya əlaqələrinin daha da yaxşılaşdırılması məqsədilə Gəncə-Kiyev marşrutu üzrə qiymətlərdə endirim edib. Bu barədə Qol.Az-a "Donbassaero” şirkətindən məlumat verilib. Gəncə-Kiyev reysi üzrə yeni qiymət 164 avro məbləğində müəyyənləşdirilib. Bundan öncə qiymət 214 avro təşkil edirdi.
“Donbassaero” şirkətindən bildiriblər ki, bu reys təkcə Kiyevdə yaşayan insanlar üçün deyil, həm Azərbaycanın Qərb bölgəsinə səfər edəcək, həm də Ukraynanın Odessa, Dnepropetrovsk, Lvov, Xarkov, Donetskdən olan sərnişinlər üçün əsas istiqamətlərdən biri olacaq. Gəncə - Kiyev reysi hər həftənin bazar ertəsi yerinə yetirilir. Uçuş vaxtı 2 saat 40 dəqiqədir.
Sərnişinlər iki səviyyəli, tərtibatlı, müasir və təhlükəsiz «Airbus 320» laynerinin komfortunu tam şəkildə qiymətləndirə bilir. Əhalinin müxtəlif kateqoriyaları - gənclər, yaşlı sərnişinlər və ailələr üçün xüsusi tariflər təqdim olunur.
Xatırladaq ki, "Donbassaero" Bakı-Donetsk-Bakı-Odessa marşrutu üzrə də uçuşlar həyata keçirir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı