Əkbər Hacıyev: "Başa düşürəm ki, komandanı bir həftəyə yüksək səviyyəyə qaldırmaq olmaz"

Əkbər Hacıyev: "Başa düşürəm ki, komandanı bir həftəyə yüksək səviyyəyə qaldırmaq olmaz"
XƏBƏR 19 Oktyabr 2009 / 17:45 1972
-  A +

“Futbolda qələbə də olar, məğlubiyyət də, heç-heçə də. Əsas odur ki, yaradılan şəraitdən maksimum istifadə edərək, əzmkar “Neftçi”nin adına layiq komanda qurulsun. Əsas məqsəd isə təkcə “Neftçi”nin yox, ümumiyyətlə, Azərbaycan futbolunun inkişafıdır. Önəmli olan futbolçuların meydanda sonadək əzmkar mübarizə aparmasıdır. Başa düşürəm ki, komandanı bir günə, bir həftəyə yüksək səviyyəyə qaldırmaq olmaz. Bunun üçün müəyyən vaxta ehtiyac var.” Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” klubunun prezidenti Əkbər Hacıyev bildirib. Klubun rəsmi saytına danışan Hacıyev, istənilən nəticədən asılı olmayaraq, “Neftçi”nin heyətində çıxış edən hər bir futbolçunun meydanda sona qədər mübarizə aparmalı olduğunu deyib.


Son xəbərlər