“Qarabağ”ın və Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov Qol.Az saytına müsahibə verib.
- Vaqif, öncə “Neftçi” üzərindəki qələbə münasibəti ilə təbrik edirik.
- Çox sağ olun, minnətdaram. “Neftçi" indi çətin günlərini yaşayır. Amma inanıram ki, yeni baş məşqçi Vaqif Sadıqov qısa zamanda komandanı o vəziyyətdən çıxaracaq. Oyun çətin keçdi. Bilirdik ki, rəqibin heyətində baş məşqçi dəyişikliyi olub, bütün futbolçular özlərini sübut etmək istəyirlər. Odur ki, qarşılaşmaya ciddi hazırlaşmışdıq. Şadam ki, çətinliklə də olsa, üç xalı qazana bildik.
- Komandana qələbə gətirən qolu sən vurdun. Buna bənzər qolu “Standard”la oyunda da vurmuşdun. Necə alındı, həqiqətən qapıya zərbə vurmağı düşünmüşdün?
- Desəm ki, yüz faiz qapıya zərbə planlaşdırmışdım, düz olmaz. Amma ümumilikdə topu çərçivəyə doğru istiqamətləndirmişdim. Çünki orada komanda yoldaşlarım var idi. Amma elə alındı ki, top birbaşa qapıya getdi və qol oldu.
- Neftçi” həmin qola etiraz etdi. Bakılıların fikrincə, həmin epizodda qapıçıya qarşı kobudluq var idi və qol qaydalar çərçivəsində vurulmamışdı. Buna münasibətin necədir?
- Qətiyyən razılaşmıram. Təmiz qol idi. Qapıçı meydançasında qapıçıya kim toxuna bilər ki? Özü də qapıçılar, adətən, belə epizodlarda dizlərini yuxarı qaldıraraq özlərini müdafiə edirlər. Amma rəqib qapıçı bunu etmədi. Deməli, ona qarşı həmlə də yox idi. Yenə deyirəm, qol təmiz, qaydalar çərçivəsində vurulmuşdu.
- “Qarabağ”ın Quzanlıdakı məğlubedilməzlik seriyası davam etməkdədir. Yalnız “İnter” və “Qəbələ” ilə görüşlərdə xal itirmisiniz. Bu uğurun sirri nədədir?
- Çünki doğma torpaqda oynayırıq. Bu isə bizə uğur gətirir. İnşallah, bundan sonra da uğurlu seriyamız davam edər.
- Son vaxtlar istər klubda, istərsə də milli komandada qolları sıralayırsan. Karyeranın ən pik dövründə olduğunu düşünürsən, yoxsa hələ ora çatmamısan?
- Baxmayaraq ki, qolları sıralayıram, heç vaxt bundan arxayınlaşıb özümdən razı qalmamışam. Çünki qolu kimin vurması mənim üçün o qədər də vacib deyil. Əsas odur komandam qalib gəlsin. Məsələn, iş elə gətirdi ki, Rusiyaya qolu mən vurdum. Ola bilər ki, növbəti oyunda başqa futbolçu fərqlənsin. Pik nöqtə məsələsinə gəlincə, mən daim öz üzərimdə işləyirəm.
- Vaqif Sadıqov deyib ki, sənin potensialın bundan da artıq oynamağa imkan verir.
- Əgər Vaqif müəllim belə fikir söyləyibsə, deməli haqlıdır.
- Son oyunlardan sonra ünvanına xarici klublardan xeyli təklif gəldiyi deyilir. Həqiqətən, ölkə xaricinə çıxmaq şansın indiki vəziyyətdə nə dərəcədə realdır?
- Düzü, «transfer pəncərəsi» bağlı olduğundan rəsmi təklifin də gəlməsi mümkün deyil. Amma maraqlananlar var. Əgər “Qarabağ” klubu icazə versə, legioner həyatı yaşamağa hazıram.
- Yeri gəlmişkən, Qurban Qurbanov saytımıza verdiyi müsahibədə deyib ki, ilk növbədə baxmaq lazımdır, təklif hansı ölkədəndir, hansı klubdandır, oraya uyğunlaşmaq olacaqmı? Bir sözlə, baş məşqçi sənin gedib, sonradan geri qayıtmağını istəmir.
- Hər kəsdən öncə mənim atam var - Füzuli Cavadov. Mən həmişə məsləhətlərimi ilk olaraq ondan alıram. Eyni zamanda təbii ki, baş məşqçim var. Qurban Qurbanovun mənim üzərimdə çox böyük əməyi var. Legioner həyatı yaşayacağım halda mütləq bu iki şəxslə məsləhətləşib onların sözlərini dinləyəcəm. Nə desələr, elə də edəcəyəm.
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
Gündoğan: "Hakim penalti verməli idi"
Romario karyerasını bərpa etdi
Futbolçu oyun zamanı infarkt keçirdi, dünyasını dəyişdi
Azərbaycan millisinin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
Mbappe İbrahimoviç və Şevçenkoya çatdı
Luis Enrike: "Mbappe əvvəldən sona qədər əsl lider idi"
"Azərbaycanda rəqibləri topu "Qarabağ"dan ala bilmirlər"
"Daha deyəcək bir şey yoxdur" - Simeone
"Hakim hər şeyi məhv etdi" - Xavi
“Borussiya”dan möhtəşəm geridönüş, Simeone çökdü - Video
PSJ “Barselona”nı nokauta saldı - Video
ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi
"Milan" onunla müqaviləni uzatdı
Asiya Çempionlar Liqasının oyunu təxirə salındı
"Cəbrayıl" 3 qolla qalib gəldi - Video
"Millidə görüləsi işlər çoxdur" - Vitali Borisov
Azərbaycan futzal millisi Gürcüstana yenə uduzdu
Cavid İmamverdiyev poker etdi - Video
"Cəbrayıl" və "Kür-Araz"dan səfər qələbəsi
"Real"a çox hörmət edirik, amma qorxmuruq" - Qvardiola
Nabi Keyta əsas komandadan uzaqlaşdırıldı
"Şəki Siti" "Göygöl"ə qalib gəldi - Video
"Yuventus" Türkiyə millisinin üzvü ilə müqaviləni uzadır
Rüfət Dadaşov üçün mövsüm başa çatdı
Məhkəmə "Barselona"ya qadağa qoydu
ÇL-də sabahkı oyunlara hakim təyinatları
Misli Premyer Liqasında 2 turun oyunlarının vaxtı bilindi
Laporta azarkeşlərə müraciət etdi
"Zirə" sabiq futbolçusunun vəfatı ilə bağlı başsağlığı verib
Avro-2024-ü buraxacaq
Dünya çempionu vəfat etdi