Bülənt Qorxmaz futbolçulara cəmi 9 saat istirahət verdi

Bülənt Qorxmaz futbolçulara cəmi 9 saat istirahət verdi
XƏBƏR 19 Oktyabr 2009 / 15:15 1732
-  A +

Unibank Premyer Liqanın son turunda yeni baş məşqçi Bülənt Qorxmazın debüt matçında səfərdə “Turan”ı məğlub edən “Bakı” artıq növbəti matçın - “İnter” lə oyunun hazırlıqlarına başlayıb. Qol.Az-ın məlumatına görə, Qorxmaz “Turan”la matçdan sonra futbolçulara istirahət verməyib. Bazar günü səhərə yaxın saat 2:00-da paytaxta geri dönən komanda üzvləri dünən səhər saat 11:00-da məşqə çıxıblar. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan çalışmada hətta “Turan”a qarşı oynayan futbolçular da iştirak ediblər. Bu gündən etibarən isə “Bakı” məşqlərini Olimpiya milli komandalarının bazasında keçəcək ki, bu da səbəbsiz deyil. Cümə axşamı “Bakı” səfərdə “İnter”in qonağı olacaq. “Şəfa” stadionunun ot örtüyü süni olduğundan buna görə də “Bakı” qarşıdakı matça məhz Olimpiya milli komandalarının meydançasında hazırlaşacaq. 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı