Rauf Mehdiyevi “Simurq”dan qovurlar

Rauf Mehdiyevi “Simurq”dan qovurlar
ÖLKƏ FUTBOLU 19 Oktyabr 2009 / 15:07 1994
-  A +

Azərbaycan milli komandasının da şərəfini qoruyan Rauf Mehdiyev sabah “Simurq”dan ayrıla bilər. Qol.Az-a açıqlamasında Zaqatala klubunun prezidenti Zaur Məmmədov bunun baş verəcəyini istisna etməyib. Klub rəhbəri Mehdiyevin probleminin təkcə zədə ilə bağlı olmadığını bildirib: “Söhbət qapıçının zədəsindən getmir. Sadəcə, onu deyə bilərəm ki, daha Rauf bundan sonra “Simurq”a kömək etməyəcək. Halbuki, istəsə bunu edərdi. Sadəcə onda bu istək yoxdur. Mehdiyev Zaqatalaya yuxarıdan aşağı baxır. Qışda onun komandadan ayrılmaq məsələsinə gəlincə, ola bilsin bu, elə sabah baş versin”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı