Zirvədə yenidən üçhakimiyyətlilik yarandı

Zirvədə yenidən üçhakimiyyətlilik yarandı
PREMYER LİQA 18 Oktyabr 2009 / 18:09 5758
-  A +

Bu gün keçirilən 2 matçla Unibank Premyer Liqasının VII turuna yekun vuruldu. Qol.Az saat 16:00-dan etibarən turun ikinci oyun gününün matçlarından canlı-mətn reportaj yayımladı.

 

18  oktyabr (bazar)

"Muğan" - "İnter" 1:6

Salyan Olimpiya Kompleksinin stadionu

"Muğan"ı darmadağın edən "İnter" topların daha yaxşı fərqinə görə liderliyə yüksəlir.

Oyun başa çatdı.  

86. QOL. Poşkus özünün ikinci, komandasının altıncı qolunu vurdu.

70. QOL. Poşkus beşinci qolu vurur.

İkinci hissə başladı

Birinci hissə başa çatdı.

45. QOL. Samir Abbasov "İnter"in dördüncü qolunu vurdu.

41. "İnter" dördüncü qolu vura bilərdi. Lakin Mahir Şükürovun zərbəsi dəqiq alınmadı.

30. QOL. "Muğan" hesab arasındakı fərqi bir qədər azaltdı. Narcisse penaltidən topu qapıya göndərdi.

23. QOL. "İnter" artıq 3:0 hesabıyla irəlidədir. Bu dəfə Da Silva fərqləndi.

18. QOL. Rubins özünün və komandasının ikinci qolunu vurdu.

15. QOL. "İnter" hesabı açdı. Andrey Rubins fərqləndi.

12. Oyunda üstünlük meydan sahiblərini tərəfindədir.

6. "Muğan"ın hücumu təhlükəli alındı. Lakin Adis Çulovun zərbəsi qeyri-dəqiq alındı.

Oyun başladı.

 

"Qarabağ" - "Neftçi" 1:0 

Quzanlı qəsəbə stadionu

 

Oyun başa çatdı.

88. Atemin zərbəsi qapıdan aralı keçdi.

77. Rəşad Abdullayevin zərbəsi qapının üstündən keçir.

74. "Qarabağ" ikinci qolu vurmağa çox yaxın idi. Lakin Elvinin zərbəsindən sonra top qapının yanından keçdi.

73. İndi də Atem topu qapıdan keçiri. Lakin buna qədər hakimin fiti səslənmişdi. Buna görə də Atem sarı vərəqəylə cəzalanır.

50. Vüqar Nadirovun akrobatik tullanışla vurdugu təhlükəli zərbə qapının üstünhən keçir. 

47. Suat Usta topu "Qarabağ"ın qapısında keçirsə də, hakim qolu qeydə almır.

46. Atemin zərbəsi qapıdan aralı keçir.

İkinci hissə başladı

Birinci hissə başa çatdı.

45. "Qarabağ" az qala ikinci qolu vuracaqdı. Müdafiəçi topu Miçoviçə ötürərkən səhvə yol verdi. Bundan sistifadə edən Elvin Məmmədov topu ələ keçirməyə çox yaxın idi. Lakin Miçoviç buna imkan vermədi.

40. "Neftçi"nin qapıçısı Vladimir Miçoviç hakimlə mübahisə etdiyinə görə sarı vərəqəylə cəzalandı.

40. QOL. Vaqif Cavadov cərimə zərbəsindən topu birbaşa qapıya göndərdi. 

38. Vaqif Cavadovun cinah ötürməsi təhlükəli alına bilərdi. Lakin rəqib müdafiəçilər topu uzaqlaşdırdılar.

29. Fərhad Vəliyev komandasını real qoldan xilas etdi. Əks halda Atem hesabı açacaqdı.

23. Elvin Məmmədov simulyasiyaya yol verdiyinə görə sarı vərəqəylə cəzalandı.

21. Zaur Tağızadənin zərbəsi qapıdan aralı keçdi.

18. "Neftçi"nin cərimə zərbəsi təhlükəli alına bilərdi. Lakin Fərhad Vəliyev qola imkan vermədi.

15. "Neftçi"nin əks-hücumu təhülkəli alındı. Lakin müdafiəçilər Nyaqaya fərqlənmək imkanı vermədilər.

14. "Qarabağ" oyunda ilk real qol şansını yaratdı. Lakin Miçoviç komandasını qoldan xilas etdi.

12. Elvin Məmmədovun zərbəsi təhlükəli alındı.

9. Hər iki komanda fəaldır.

3. "Qarabağ"ın hecumu təhlükəli alına bilərdi. Lakin Miçoviç Vüqar Nadirovun zərbəsinin qarşısını ala bildi.

Oyun başladı.


  

 

17 oktybar (şənbə)

"Simurq" - "Karvan" 2:0
Zaqatala şəhər stadionu.

Matç bitdi.

71. Oyunçu dəyişikliyi. Elşən Məmmədovun əvəzinə meydana Sokolenko daxil olur.

61. Kaxaber Çxetiani "Simurq" sarı vərəqə ilə cəzalanır

53. QOOOl. Ruslan Qunçak 25 metrlik məsafədən güclü zərbə ilə topu qapıdan keçirir.

İkinci hissə başladı. 

İlk hissə başa çatdı.

44. "Simurq"un heyətində ilk dəyişiklik baş verdi. Andrey Şeryakovun əvəzinə, meydana  Daniel Axtyamov çıxır.
39. Elşən Məmmədov sarı vərəqə ilə cəzalanır.

36. QOOL. Elşən Məmmədov ("Simurq") hesabı açır.

25. Sergey Artyuxun gözəl zərbəsini "Karvan"ın qapıçısı tutur.

20. Aleksandr İntskerveli ("Karvan") sarı vərəqə alır.
16. Künc zərbəsindən ötürülən topu Sokolov başla qapıya vurur. Zərbə təhlükəli alındı.

13. Aleksandr Malıgin ("Simurq") sarı vərəqə ilə cəzalanır.

7. Yuri Bulıçevin uzaqdan qüvvətli zərbəsi qapının üstündən keçir. 

1. Elşən Məmmədov topa ilk zərbəni vurur. Top qapıdan aralı keçir.

İlk dəqiqələrdən "Simurq"un üstünlüyü hiss olunur.

Matç başladı.

 

17  oktyabr (şənbə)

"Standard" -  "Xəzər-Lənkəran" 1:2
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

 

Matç başa çatdı.

90+2. Fərid Quliyevin baş zərbəsi dirəkdən döndü.

90. Fərid Quliyevin (Standard) zərbəsi qapıdan aralı keçir

89. Mario Souzanın zərbəsinin qol olmasına  "Standard"ın qapıçısı imkan vermir.

85. Zeynal Zeynalovun zərbəsini Kamran Ağayev çətinliklə dəf edir.

Matçda təhlükəli epizod yoxdur. "Standard"ın hesabı bərabərləşdirmək cəhdləri fayda vermir.

65. Zeynal Zeynalovun (Standard) zərbəsi qapı dirəyinə dəydi.

54. Eduardo Fernandes (Standard) sarı vərəqə alır.

İkinci hissə başladı.

İlk hissə başa çatdı.

43. QOOL. Allan Lalin mərkəzdən topla irəliləyib, qapıçı ilə təkbətək çıxdı və topu qapıya göndərdi.

38. Romal Hüseynov sarı vərəqə ilə cəzalandı.

35. "Standard"ın futbolçusu Aqil Məmmədovun cinah ötürməsinə ayaq qoyan olmur.

30. Seturidzenin ötürməsini Samir Zərgərov qapıya vursa da top qapının üstündən keçdi

22. Seturidzenin zərbəsini "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev çətinliklə dəf etdi.

20. Klublardan heç birinin matçda aşkar üstünlüyü hiss edilmir. Oyun qarşılıqlı hücumlar şəraitində davam edir.

6. QOOl. Georgi Seturidze Zeynal Zeynalovun ötürməsindən sonra aşırma zərbəsi ilə hesabı bərabərləşdirdi. 

1. QOOL. Allan Lalin sağ cinah ötürməsini qolla tamamladı.

Stadionda təxminən 1500 azarkeş var.

Matç başladı.

 

"Turan" - "Bakı" 0:1
Tovuz şəhər stadionu.

 

Matç başa çatdı.

87. Nadir Nəbiyevin cinah ötürməsini Junivan Suares başla qapıya vurdu. Qapıçı topu tutdu.

85. Mucirinin ötürməsini Əhməd Ticani başla qapıya göndərdi. Top qapıdan aralı keçdi

70. Valeriu Onilanın ("Turan") zərbəsi təhlükəli alındı.

67. Ticaninin zərbəsi təhlükəli alındı.

56. Nadir Nəbiyevin zərbəsi qapıdan aralı keçir

İkinci hissə başladı.

İlk hissə başa çatdı.

42. QOOl. Soliçin künc zərbəsindən ötürməsini Jaba başla qapıya vurur.

29. Fabio Luis Ramimin təxminən 25 metr məsafədən vurduğu zərbəni qapıçı dəf etdi. 

11. Matçda təhlükəli məqamlar hələ ki, yoxdur. Oyun qarşılıqlı hücumlar şəraitində davam edir.

Matç başladı.

 

"Qəbələ" - "Olimpik-Şüvəlan" 2:1
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu.

 

Matç başa çatdı.

QOOl. "Qəbələ" hesabda öndədir. Kənan Kərimov dublunu rəsmiləşdirir.

QOOl. Kənan Kərimov (Qəbələ) hesabı bərabərləşdirir.

QOOl. Anatoli Doroş (Olimpik-Şüvəlan) komandasını hesabda irəli çıxarır.

İkinci hissə başladı.

İlk hissə başa çatdı.

28. Meydan sahiblərinin böyük ərazi üstünlüyü var.

Matç başladı.

 

KOMANDALAR

O

Q

H

 M

 T-F

 Xal

1. "Inter"

6

4

1

1

13-6

13

2  "Simurq"

6

4

1

1

7-3

13

3  “Qarabağ"

6

4

1

1

5-2

13

4. "Xəzər Lənkəran"

5

3

2

0

7-3

11

5  "Muğan"

6

3

1

2

5-7

10

6. "Neftçi"

6

3

0

3

5-5

9

7. "Qəbələ"

6

2

2

2

8-10

8

8. "Bakı"

5

2

1

2

3-3

7

9. "Olimpik-Şüvəlan"

6

1

2

3

9-11

5

10. "Karvan"

6

1

1

4

9-10

4

11."Standard"

6

0

2

4

4-8

2

12. "Turan"

6

0

2

4

5-10

2

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı