“Dünyanın ən maraqlı milli çempionatı başlayır”.
Ötən il Topaz Premyer Liqasının startı ərəfəsində sosial şəbəkələrin birində belə bir şey yazmışdım. Xalq gülüşmüşdü. Lağ etmişdi. Sarkazm axtarmışdı. Babalı öz boyunlarına.
Artıq bu gün “İnter”lə “Sumqayıt” “Şəfa”nın dördüncüsü heç cür inşa edilməyən yarıboş tribunaları önündə 3-cü dövrənin qırmızı lentini kəsəcək. Kaxaber Sxadadze üçün bu, sonun başlanğıcı olacaq. Azərbaycanda yeganə düşünülmüş transfer və maliyyə siyasəti olan klubun məşqçi qalaqurmasına təmkinli reaksiyası insanı heyran edir (kinayəsiz).
Ən yaxşısı Kaxaberin bu mövsüm üçün missiyasını bitirməsidir, yeni məşqçi axtarmaq və ən düzgün seçimi etmək üçün isə rəhbərliyin 6 ay vaxtı var. Fəaliyyətinin əvvəllində ucundan pul axan su kranını və Ukrayna futbolunun Azərbaycandakı rəsmi nümayəndəliyini xatırladan klubun inkişafının bu nöqtəsinə çatması sevindirir.
Nə qədər hörmətsizlikdə, saymazyanalıqda günahlandırılsa belə...
Ukrayna mövzusu Azərbaycanda ümumiyyətlə bütün dövrlər üçün aktual olub. Bugünkü “Qəbələ” isə məni 6-7 il əvvələ apardı. Həmin Roman (Pokora olmasa da, Qriqorçuk), həmin Ukrayna desantı. İllər əvvəl Zaqatala xalqı ukraynalı qonaqları qarşısında Taras Şevçenkonun düz elə stadionun yanında yerləşdirilmiş barelyefi ilə qürrələnirdi. İndi isə Qəbələ ilə Odessanın qardaş şəhər olmasının vaxtı çatıb. Bəlkə ümumiyyətlə, “Qəbələ”ni Ukrayna Premyer Liqasına göndərək, dağılmaqda olan “Çernomorets”i orada əvəz eləsin?
Mövsüm indi bitsəydi, Zaqatala arzuladığı Avropa Liqasına yenidən qovuşardı. Amma bir problem var: mövsüm hələ yalnız yarılanıb. Qarşıdakı dörd ayda “Simurq”u “Qəbələ” və yarımcan “Xəzər Lənkəran”la ölüm-dirim mübarizəsi gözləyir. Nəticədə kuboku saymasaq, çempionatdan qitə turnirlərinə vəsiqə verən 4 yerə 5 yarım namizəd qalıb. I diviziona göndərən yeganə yerə isə 0 namizəd. İndi gəl, sən bu məntiqi anla.
İtaliyada belə bir deyim var: “A Seriyasını anlayanlar sevər, sevməyənlər anlamaz”.
“Gəlin, Azərbaycanın başıbəlalı milli çempionatını sevməyə çalışaq” demək istəyirəm. Amma onu necə anlayaq?
Rüstəm ƏFSƏRLİ
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"