Azərbaycanlı futbolçu komik personajdır. O, 2015-ci ildə “google”un nə olduğunu bilmir, İspaniya çempionatının səviyyəsindən bixəbərdir, özü də 3 ay yarıma 3 klub dəyişib, hərəsində 3 yarım qol vurub, La Liqada oynayan gələcək komanda yoldaşını tanımır.
Azərbaycanlı futbolçu dərin psixoloji portretə malik personajdır. Riyaziyyatı heç sevməz; 1-dən 10-a qədər saymaq üçün əlində mütləq əskinaz sürüşdürməlidir. Fərq etməz hansı valyutada: manat, dollar, avro və ya İsrail şekeli. Pul olsun!
Azərbaycanlı futbolçu depressiv meylləri olan personajdır. 25 yaşında hər şeyi var: illik gəlir yüz minlə ölçülür, bütün məşğuliyyət və istirahət növlərini sınaqdan keçirib, “bahalı avtomobil – ticarət mərkəzi – çay evi” marşrutu onu bezdirib, yenilik tapmır. Beynəlxalq statistikaya görə, ən çox depressiyaya düşənlər cənubi koreyalılar və milyonçulardır.
Azərbaycanlı futbolçu dramatik personajdır; bir ölkədə doğulub, ikincidə böyüyüb, söhrəti isə üçüncüdə qazanıb. Əsl beynəlmiləlçi!
Azərbaycanlı futbolçu dəyişkən və sirli personajdır. Onun əhval-ruhiyyəsinin iki dövrü var: klubsuz və klublu vaxtlar; transfer pəncərəsinin açıq və qapalı olduğu dövrlər; kabinetlərdə və çayxanalardakı söhbətlər.
Azərbaycanlı futbolçu aldadılmış personajdır: imza atdığı sənəd həmişə onun əleyhinə çıxır.
Azərbaycanlı futbolçu faciəvi personajdır. Onu heç kim anlamır, o çox çalışır, amma bacarmır, o ərköyün və futbol biliyi sıfıra bərabər rəhbərinin əlində oyuncaqdır.
Azərbaycanlı futbolçuya hər yerdə rast gəlmək olar: “Böyük dayaq”da, “Oblomov”da, “Ölü canlar”da, “Lamançlı Don Kixot”da, hətta “Kafka”nın “Metamorfoza”sında. O bir obrazdır – onu bütün dünya tanıyır. O özü isə hələ də “La Liqa”da oynayan gələcək komanda yoldaşını tanımır.
Amma azərbaycanlı futbolçu həm də bu mətndə özünü tapmayanlardır. Onlar azlıqdır, onlar azərbaycanlı futbolçunun sifəti deyil, lakin onlar bu ölkədə futbolun tamamilə ölüb tarixə qarışmasının qarşısını alanlardır.
Bir gün onların çoxluq olması arzusu ilə...
Rüstəm ƏFSƏRLİ
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi