39 metrlik məsafədən başla vurulan qolun görüntüsü (VİDEO)

VİDEO 6 Oktyabr 2009 / 12:24 3932
-  A +

Argentinanın “Boka Xuniors” klubunun hücumçusu Martin Palermo tarixə düşüb. Futbolçu ölkə çempionatında “Veles Sarsfild”ə qarşı matçda 39 metrlik məsafədən başla qol vurub. Palermo 73-cü dəqiqədə, hesab 2:2 olarkən fərqlənib. Bu epizodda “Veles Sarsfild”in qapıçısı kobud səhv buraxıb. O, rəqib komandanın həmləsinin qarşısını almaq üçün irəli çıxaraq, topu mərkəzə doğru vurub. Palermo isə düz başına gələn topu saxlamadan “çərçivə”yə göndərib. Məhz onun qolu sayəsində “Boka Xuniors” 3:2 hesablı qələbə qazanıb.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı