Raul rəsmən ABŞ klubunda

Raul rəsmən ABŞ klubunda
DÜNYA FUTBOLU 30 Oktyabr 2014 / 19:17 4053
-  A +

"Real"ın canlı əfsanəsi Raul Qonzalesin yeni klubu rəsmən müəyyənləşib.

Qol.Az-ın xəbərinə görə, 37 yaşlı hücumçusu "Nyu-York Kosmos" klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Raul ABŞ klubunda, həmçinin məşqçi vəzifəsində də işləyəcək.

İmzalanma mərasimindən sonra fikirləni bildirən Raul "Nyu-York Kosmos"da oynamaqdan məmnun olacağını deyib:

 "Bir çox ulduz futbolçu bu klubun şərəfini qoruyub və uğurlar qazanıb. Onlar Amerikada futbola olan marağın artmasında böyük roy oynayıblar. Mən də həmin futbolçular kimi olmağa çalışacam".

Qeyd edək ki, "Nyu-York Kosmos"da Pele, Frans Bekkenbauer, Karlos Alberto kimi əfsanəvi futbolçular oynayıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı