Droqba Mançini və Terimi tənqid etdi

Droqba Mançini və Terimi tənqid etdi
DÜNYA FUTBOLU 30 Oktyabr 2014 / 14:35 7153
-  A +

Ötən mövsümün sonu "Qalatasaray"dan ayrılan, hazırda "Çelsi"nin şərəfini qoruyan Didye Droqba Türkiyədə futbolçu karyerası ərzində yaşadığı problemlərdən danışıb.

Qol.Az-ın məlumatına görə, o, "Milliyyət" qəzetinə müsahibəsində "Qalatasaray"da oynadığı dönəmdə futbolçuların onun arxasınca danışdığını deyib:

"Qalatasaray"da komanda yoldaşlarımla bir yerdə olduğum vaxtlarda heç kəs mənə bir söz demirdi, ancaq arxamca danışıqlar. Komandada peşəkar olduqlarını deyən, lakin uşaq kimi düşünən oyunçular var idi.  Mənim isə uşaqlara ayıracaq vaxtım yox idi".

D.Drqoba "Qalatasaray"da birgə çalışdığı Roberto Mançini və Fatih Terimlə problemlərindən də bəhs edib: "Mançiniyə matçlarda mənə ötürmələr verilmədiyini deyirdim. O da razılaşırdı. Ancaq bir şey edə bilməyəcəyini söyləyirdi. Bu səbəbdən onunla problemlərimiz olurdu. Fatih Terimlə isə yaxşı ünsiyyət qura bilmirdik. O, istefaya göndərilməsində səbəbkar kimi məni göstərdi, azarkeşlər önündə məni pis vəziyyətdə qoydu. Ancaq mən o vaxt klub prezidenti ilə Terimə görə söhbət etməmişdim".

D.Droqba klubun sabiq prezidenti Ünal Aysalın siyəsətini bəyənmədiyini də söyləyib:
"Ünal Aysal klubdakı problemləri bilməsinə baxmayaraq, onların həllinə çalışmırdı. "Qalatasaray"ı oyuncağı hesab edirdi. Məncə, bütün seçimləri də yanlış idi".

Fil Dişi Sahilli hücumçu gələcəkdə yenidən "Qalatasaray"a dönə biləcəyini də qeyd edib:
 "Qalatasaray"ı layiq olduğu yerə gətirmək istəyərəm".


Son xəbərlər