"Qarabağ"ın rəqibindən növbəti qələbə

"Qarabağ"ın rəqibindən növbəti qələbə
DÜNYA FUTBOLU 30 Oktyabr 2014 / 01:40 4454
-  A +

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "İnter" klubu İtaliya A Seriyasında bu gün növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Milan təmsilçisi 9-cu turda evdə "Sampdoriya"nı qəbul edib.

Son turda "Çezena"ya qalib gələn Valter Matsarinin komandası bu görüşdə də qələbə qazanmaqla turnir cədvəlində vəziyyətini bir qədər də yaxşılaşdırmağa çalışmalı idi.  Milan klubu bu istəyinə matçın 90-cı dəqiqəsində çatıb. İkardinin penaltidən vurduğu qol görüşdə yeganə olub - 1:0.

Qeyd edək ki, "İnter" 9 turdan sonra 15 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

 


29 oktyabr

İtaliya A Seriyası, 9-cu tur

"İnter" - "Sampdoriya" -1:0
Qol:
İkardi, 90-pen.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı