UEFA Serbiya - Albaniya oyunu ilə bağlı qərarını açıqladı

UEFA Serbiya - Albaniya oyunu ilə bağlı qərarını açıqladı
DÜNYA FUTBOLU 24 Oktyabr 2014 / 14:07 7960
-  A +

UEFA "Avro-2016"nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya matçında baş verən hadisələrlə bağlı yekun qərarını açıqlayıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Albaniyaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Serbiya millisinin isə turnirdə üç xalı silinib və millinin "Avro-2016"nın seçmə mərhələsində  iki matçda azarkeş dəstəyi olmadan oynayacağı bildirilib. Bundan başqa, hər iki milli 100 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, Serbiya – Albaniya matçının 44-cü dəqiqəsində pultla idarə olunan mini helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı meydançaya endirilib. Bundan sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunun yarımçıq dayandırıb.


Son xəbərlər