"Liverpul"la matç mənim üçün xüsusi idi. Çünki "Enfild" stadionunda ilk qolumu vurdum. Buna görə də qürur hiss keçirirəm. "Liverpul"u məğlub etdik və üç xalı qazandıq. "Enfild" stadionunda qələbə qazanmaq çox çətindir. Ancaq biz möhtəşəm oyun nümayiş etdirərək istəyimizə nail olduq".
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Liverpul"a səfərdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Portuqaliyalı hücumçu ÇL-də ən çox qol vuran Raulun rekorduna çox yaxınlaşması ilə bağlı da danışıb:
"Rekord barədə düşünmürəm. Çünki Raulun rekordunu yeniləyəcəyimə əminəm. Messi və mən bunu bacaracağıq. Mənim üçün önəmli olan komandamın qələbə qazanması idi".
Ronaldo da onu da qeyd edib ki, cari mövsüm də Çempionlar Liqasının kubokunu qazana bilərlər:
"Düzdür, bunun çətin olacağını bilirik. Ancaq qələbə qazanmağa davam etsək, Çempionlar Liqasının kubokunu qazana bilərik".
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır