Serbiya - Albaniya matçı yarımçıq dayandırıldı

Serbiya - Albaniya matçı yarımçıq dayandırıldı
DÜNYA FUTBOLU 15 Oktyabr 2014 / 01:30 7774
-  A +

"Qarabağ"ın futbolçusu Ansi Aqolinin şərəfini qoruduğu Albaniya milli komandasının "Avro-2016"nın seçmə mərhələsində Serbiya yığması ilə səfər matçı yarımçıq qalıb.

Qol.Az-ın məlumatına görə, görüş  41-ci dəqiqədə dayandırılıb.

Buna Belqraddakı  stadionuna helikopterlə Albaniya bayrağının endirilməsi səbəb olub. Bu hadisə serbiyalı futbolçuları özündən çıxarıb. Daha sonra rəqib futbolçular arasında münaqişə yaranıb. Meydana kənar əşyalar atılıb. Buna görə də matçın baş hakimi  Martin Atkinson oyunu dayandırıb.  Görüş qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Ansi Aqoli oyuna ilk "11-lik"də başlayıb.


Son xəbərlər