İlkay Gündoğan "Borussiya"da qol vurdu

İlkay Gündoğan "Borussiya"da qol vurdu
DÜNYA FUTBOLU 10 Oktyabr 2014 / 22:36 4248
-  A +

"Borussiya"nın futbolçusu İlkay Gündoğan bu il ikinci dəfə meydana çıxıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, türkəsilli yarımmüdafiəçi Dortmund təmsilçisinin əvəzedici komandasının "Bohum" klubu ilə yoldaşlıq matçında iştirak edib. "Borussiya"nın 2:0 hesabı ilə qalib gəldiyi oyunda İ.Gündoğan komandasının bir qolunun müəllifi olub.

Qeyd edək ki, İ.Gündoğan ötən ilin avqustunda zədələnib və bu ilin sentyabr ayına kimi heç bir görüşdə oynamayıb. O, son olaraq ötən ay "Borussiya"nın U-23 komandası ilə yoldaşlıq matçında 35 dəqiqə meydanda olub.


Son xəbərlər