Məsut Özil şoku: 3 ay oynamayacaq

Məsut Özil şoku: 3 ay oynamayacaq
DÜNYA FUTBOLU 8 Oktyabr 2014 / 19:17 5083
-  A +

Almaniya millisi və London “Arsenal”ı ciddi itki ilə üzləşib.

Qol.Az-ın İngiltərə mətbuatına istinadən yaydığı xəbərə görə, M.Özilin rəsmi twitter səhifəsinə təcrübəli yarımmüdafiəçinin dizindəki zədə səbəbindən 10-12 həftə futbol oynaya bilməyəcəyini yazıb.

Bu isə o deməkdir ki, Özil Almaniya millisinin heyətində “Avro-2016”nın Polşa, İrlandiya və Qibraltarla oyunlarını, eləcə də İngiltərə Premyer Liqasının bəzi matçlarını buraxmalı olacaq.

Qeyd edək ki, cari mövsüm Premyer Liqasda Özil altı oyunda meydana çıxıb, bir qol vurub və bir qolun ötürməsini verib.


Son xəbərlər