Dünya futbolunun ən yadda qalan hadisələri

Dünya futbolunun ən yadda qalan hadisələri
DÜNYA FUTBOLU 6 Oktyabr 2014 / 13:27 7253
-  A +

Dünya futbol tarixində bu günə qədər bir sıra yadda qalan hadisələr yaşanıb.

Qol.Az-n xarici KİV-lərə istinadən verdiyi məlumata görə, baş vermiş 10 hadisə dünya futbolunun tarixinə həkk olunub.

Bunlardan Hillsbrou", "Heysel" stadionu, Zamibiya faciələri, Fabrise Muambanın ürəyinin dayanması, Mark Vivien Foenin ölümü, Devid Bekhem karyerasının son matçında gözyaşları tökməsi və s kimi hadisələri qeyd etmək olar.  

 

 

1. "Hillsbrou" faciəsi - 1989-cu ildə İngiltərə Federasiya kuboku (FA) çərçivəsində keçirilən "Liverpul" - "Nottingem Forest" matçı futbol tarixinin ən acı faciələrindən biri kimi yaddaşlara həkk olunub. "Şeffild Yunayted"in stadionu olan "Hillsbrou" arenasında baş tutan oyunun gedişində azarkeşlər arasında yaşanan insident zamanı 96 nəfər ölmüş, 800 nəfərə yaxın insan yaralanmışdı.

2. Münhen təyyarə faciəsi - II dünya müharibəsindən sonra komandanın baş məşqçi postuna Matt Busbini gətirən "Mançester Yunayted" klubu çox yaxşı heyət qurmuş, 1956 və 1957-ci illərdə liqa çempionluğunu qazanmışdı. Lakin 1958-ci il, 6 fevral tarixində Münhendə yaşanan təyyarə qəzası sonrası komandanın 8 futbolçusu dünyasını dəyişmiş, bir çoxu isə ağır yaralanmışdı.

3. "Heysel" stadionu faciəsi - 1985ci il, 29 may günü futbol tarixinin ən unudulmaz fəlakətlərindən biri kimi xatırlanır. Həmin gün Brüsselin "Heysel" stadionunda UEFA kubokunun final matçı çərçivəsində üz-üzə gələn iki Avropa nəhəngi - "Liverpul" və "Yuventus" komandalarının dueli zamanı 39 "Yuventus" azarkeşi ölmüş, 600 nəfər isə ciddi xəsarət almışdı. 

4. 2003-cü ildə Konfederasiya kuboku çərçivəsində Kamerun və Kolumbiya yığmaları arasında keçirilən görüşdə Afrika təmsilçisinin futbolçusu Mark Vivien Foe qəfildən yerə yıxılır. Həkimlərin bütün cəhdlərinə baxmayaraq ürəyinin dayandığı bildirilən futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

5. "Bradford Siti" yanğını - 1985-ci il, 11 may tarixində keçirilən "Bradfor Siti" - "Linkoln Siti" matçı əsnasında baş verən yanğın zamanı 56 nəfər dünyasını dəyişmişdi.

6. Zamibiya faciəsi - 1993-cü ildə Zamibiyalı futbolçuları daşıyan təyyarənin Atlantik okeanında qəzaya uğraması nəticəsində 18 oyunçu dünyasını dəyişmişdi. Bu hadisə dünya futbolunun faciələrindən biri kimi anılır.

7. Şey Qivenin mərhum Qari Spid üçün ağmalası - Uelsin son illərdə yetişdirdiyi ən önəmli futbolçulardan olan Qari Spidin 42 yaşında ölümü bütün futbol dünyasını yasa boğmuşdu. Oynadığı futbolla bütün İngiltərənin rəğbətini qazanan Spidin sabiq komanda yoldaşı Şey Qivenin onun üçün gözyaşları tökməsi tarixin yaddaşına həkk olunub.

8. Fabrise Muambanın ürəyinin dayanması - İngiltərə Federasiya kuboku (FA) çərçivəsində keçirilən "Tottenhem" - "Bolton" matçının 41-ci dəqiqəsində qonaqların futbolçusu Fabrise Muambanın qəfildən ürəyinin dayanması hər kəsi qorxutmuşdu. Futbolçu sonradan özünə gəlsə də, karyerasını başa vurmaq məcburiyyətində qalmışdı.

9. "Benfika"nın son dəqiqələrdə qaçırdığı çempionluqlar - 2012/2013 mövsümündə "Benfika" klubunun Avropa Liqası, ölkə çempionatı və kubokunda çempion olmaq şansı var idi. Lakin hər üç turnirin son dəqiqələrində qol buraxan "Benfika" klubu mövsümü titulsuz başa vurmuşdu. 

10. Devid Bekhemin gözyaşları - 2013-cü ildə Fransa liqasını çempion başa vuran PSJ klubu "Brest"i öz meydanında 3:1 hesabı ilə məğlub edib. Həmin görüşün 82-ci dəqiqəsində əvəzlənən Bekhem karyerasının son matçını keçirdiyi üçün gözyaşlarına hakim ola bilməmişdi.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki