Ronaldo rekordlara doymur

Ronaldo rekordlara doymur
DÜNYA FUTBOLU 6 Oktyabr 2014 / 10:15 7481
-  A +

"Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo daha bir rekordu təkrarlayıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, dünən İspaniya La Liqasında "Atletik"lə (Bilbao) matçda üç qol vuran portuqaliyalı ulduz het-triklərinin sayını 22-ə yüksəldib.

Bununla da o, La Liqa tarixində ən çox het-trik edən Alfredo di Stefano və Telma Zarraya çatıb.

Qeyd edək ki, Ronaldo "Real"da 255 matçda 267 qol vurub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı