Ari Haan: “Foqtsa yenidən rəqib olmaq maraqlıdır”

Ari Haan: “Foqtsa yenidən rəqib olmaq maraqlıdır”
DÜNYA FUTBOLU 16 Noyabr 2008 / 22:25 5198
-  A +

Azərbaycanla qarşılaşma Albaniya yığmasının baş məşqçisi Ari Haan üçün əlamətdar olacaq. APA-Sport”un məlumatına görə, hollandiyalı mütəxəssis noyabrın 19-da keçiriləcək yoldaşlıq görüşü ərəfəsində yubileyini qeyd edəcək. 60 yaşı tamam olacaq Haan ad gününü Bakıdakı qələbə ilə qeyd etmək istəyir: “Təbii ki, 60 illik yubileyim də mənim üçün əhəmiyyət kəsb edir. Lakin indi ad günümü düşünmürəm. Çünki ilk növbədə Azərbaycan yığmasına qalib gəlməyimizdir. Həm də uzun fasilədən sonra Berti Foqtsa yenidən rəqib olmağın özü də maraqlıdır. Biz onunla çoxdan rəqib olmuşuq. Məşqçilərin bu yaxınlarda Vyanada təşkil olunan konqresində də söhbətləşdik. İndi o mənim həmyerlim olan Rusiya yığmasının baş məşqçisi Qus Hiddinklə seçmə mərhələnin oyununda qarşılaşacaq”. Qeyd edək ki, 60 yaşlı Ari Haan futbolçu kimi, 1974 və 1978-ci illərdə dünya çempionatının gümüş medalını qazanıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı