"Barselona"nın qapıçısı La Liqa tarixinə düşdü

"Barselona"nın qapıçısı La Liqa tarixinə düşdü
DÜNYA FUTBOLU 5 Oktyabr 2014 / 14:37 7452
-  A +

“Barselona”nın qapıçısı Kladio Bravo İspaniya La Liqasının tarixinə düşüb.

Qol.Az-ın məlumatına görə, La Liqanın son turunda “Rayo Valekano” ilə oyunda qapısını toxunulmaz saxlayan qolkiper bu seriysını 7-ə çatdırıb.

Bununla da o, La Liqa tarixində ən uzun müddətli “quru” seriyasının müəllifi olub. Onun seriyası 630 dəqiqəyə çatıb.

Bundan əvvəlki rekord da Kataloniya klubunun qapıçısına məxsus olub. 1977/78 mövsümündə “Barselona”nın qapıçısı Pedro Mario 6 oyun, 561 dəqiqə qapısında qol görməyib.

Son xəbərlər