Ronaldonun rekord üçün iki qolu qaldı

Ronaldonun rekord üçün iki qolu qaldı
DÜNYA FUTBOLU 2 Oktyabr 2014 / 14:20 6095
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında vurduğu qolların sayını 69-a yüksəldib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliya ulduz son olaraq dünən Çempionlar Liqasının qrup mərhələsində "Ludoqorets"lə matçda fərqlənib. Bununla da o, yenidən Messinin geridə qoyaraq, Çempionlar Liqasının tarixində ən çox qol vuran ikinci futbolçu olub. Ronaldonun bu göstəricidə birinci olan Raul Qonzalesə çatması üçün cəmi 2 qolu qalıb.

Qeyd edək ki, R.Qonzales ÇL-də 71 qol vurub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı