"Günahkar mənəm" - Prandelli

"Günahkar mənəm" - Prandelli
DÜNYA FUTBOLU 2 Oktyabr 2014 / 11:23 4701
-  A +

"Məğlub olmağımızın səbəbkarı özüməm. Bəzi dəyişikliklər etmək məcburiyyətində qaldıq. Bir-iki mövqedə futbolçularımın daha avqressiv oynamasını istədim. Müdafiədə yaxşı təsir bağışlamadıq və rəqibin qol epizodları yaratmasına imkan verdik. İkinci hissədə isə futbolçularımın adət etdiyi oyun üslubu ilə oynadıq. Çempionlar Liqasında bu qədər səhv etmək düzgün deyil".

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Çezare Prandelli Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda səfərdə "Arsenal"a 1:4 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O bildirib ki, qarşılaşma ərzində etdikləri səhvlər üzərində işləyəcəklər: 

"Futboçlularımın yaxşı təsir bağışlayacağı oyun üslubu quracağıq. Ancaq bunun üçün futbolçularım mənə inanmalıdır. Mən də onlara istədiyim oyun üslubunu yaxşı başa salmalıyam".

Ç.Prandelli onu da deyib ki, cari mövsümdə onların əsas hədəfi Türkiyə superliqasının kubokunu qazanmaqdır:

"Birinci hədəfimiz ölkə çempionu olmaqdır. Ancaq Çempionlar Liqasında da yaxşı çıxış etməliyik".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord