"Məğlub olmağa layiq deyildik" - Luis Enrike

"Məğlub olmağa layiq deyildik" - Luis Enrike
DÜNYA FUTBOLU 1 Oktyabr 2014 / 10:11 3434
-  A +

"Güclü komandaya qarşı oynadıq. Hesabda geri düşdükdən sonra istədiyimiz oyunu nümayiş etdirmək bizə çətin oldu. Bərabərlik qolunu vurmaq üçün fürsətlərimiz oldu. Ancaq bunu bacara bilmədik.Yenə də məğlub olmağa layiq deyildik".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının qrup mərhələsində PSJ-ə 2:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, PSJ-nin yaxşı oyununa təəccüblənmədiyini bildirib: "Bu, gözlənilməz olmadı. Hər kəs PSJ-nin necə komanda olduğunu bilir. Çempionlar Liqasının kubokunu qazanmaq istəyən Fransa klubu ilə oynadıq".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı