“Dincəlməyə ehtiyacım yoxdur” – Ronaldo

“Dincəlməyə ehtiyacım yoxdur” – Ronaldo
DÜNYA FUTBOLU 26 Sentyabr 2014 / 13:42 4035
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo özünə istirahət verilməsini istəmir.

Qol.Az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan portuqaliyalı ulduz deyib ki, mövsümün əvvəli olduğu üçün hələlik dincəlməyə ehtiyacı yoxdur:

"Daha çox oynayıb formada qalmaq istəyirəm. Bir müddət keçdikdən sonra dincələcəm. Amma indi vaxtı deyil. Yaxşı oynamağa davam etməliyəm".

Ronaldo onu da deyib ki, hazırda fiziki cəhətdən də özünü güclü hiss edir:

"Mövsüm öncəsi çox hazırlaşmışdım və indi də məşqlərə davam edirəm. Özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, K.Ronaldo cari mövsümdə İspaniya La Liqasında 5 matçda 9 qol vurub.


Son xəbərlər