FİFA-dan Portuqaliyaya bəd xəbər

FİFA-dan Portuqaliyaya bəd xəbər
DÜNYA FUTBOLU 25 Sentyabr 2014 / 13:16 5034
-  A +

FİFA İntizam Komitəsi Portuqaliya millisinin baş məşqçisi Fernando Santuşun cəzasının azaldılması ilə bağlı şikayətini rədd edib.

Qol.Az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssisin 8 oyunluq cəzası qüvvədə saxlanılıb. Beləliklə, F.Santuş "Avro-2016"nın seçmə mərhələsində komandasının matçlarını tribunadan izləməli olacaq.

Qeyd edək ki, F.Santuş bundan əvvəl çalışdırdığı Yunanıstan millisinin DÇ-2014-ün 1/8 finalında Kosta-Rika ilə oynadığı görüşün əlavə vaxtında matçın hakimi Ben Villamsla mübahisə etdiyi üçün səkkiz oyunluq cəzalandrılıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı