Suares "Barselona"nın əvəzedici heyətində

Suares "Barselona"nın əvəzedici heyətində
DÜNYA FUTBOLU 23 Sentyabr 2014 / 23:12 6343
-  A +

Luis Suares "Barselona"nın əvəzedici komandası ilə bir matçda iştirak edəcək.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Kataloniya klubunun baş məşqçisi Luis Enrike  deyib. O bildirib ki,uzun müddətdir yaşıl meydanlardan uzaq qalan uruqvaylı hücumçu "Barsa"nın əvəzedici komandasının İndoneziyanın gənc komandası ilə keçirəcəyi yoldaşlıq matçında oynayacaq:


"Bu görüşdə oynamaq Suares üçün faydalı olacaq. Onunla bu haqda danışmışam. Suares də həmin matçada oynamaq istəyir".

Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb. Onun cəzası oktyabrın 25-də başa çatacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord