Qətərdən dünya çempionatı iddialarına cavab

Qətərdən dünya çempionatı iddialarına cavab
DÜNYA FUTBOLU 23 Sentyabr 2014 / 14:28 4132
-  A +

Qətər Təşkilar Komitəsi "DÇ-2022"nin Qətərdə keçirilməcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komitənin direktoru Nasset el-Khater bu iddiaları təkzib edib. O deyib ki, "DÇ-2022"nın ev sahibliyi Qətərin əlindən alınmayacaq:

"Teo Zvanzigerin söylədikləri onun şəxsi fikridir.  FİFA "DÇ-2022"yə ev sahibliyini Qətərdən alınması barədə qərar qəbul etməyib. Mübahisələr ancaq turnirin keçiriləcəyi vaxtla bağlıdır".

Qeyd edək ki, Qətərdə hava həddindən artıq isti olduğu üçün "DÇ-2022"nin qışda keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, FİFA İcraiyyə komitəsinin üzvü Teo Zvanziger "DÇ-2022"ə ev sahibliyinin Qətərdən alına biləcəyini bildirib.


Son xəbərlər