Dünya çempionatının ev sahibliyi Qətərdən alına bilər

Dünya çempionatının ev sahibliyi Qətərdən alına bilər
DÜNYA FUTBOLU 22 Sentyabr 2014 / 17:22 5336
-  A +

FİFA İcraiyyə Komitəsinin üzvü Teo Zvanziger "DÇ-2022"nin ev sahibliyinin Qətərdən alına biləcəyini bildirib.

Qol.Az-ın məlumatına görə, "Bild" qəzetinə danışan Zvanziger bunu Qətərdə havanın həddindən çox isti keçməsi ilə əlaqələndirib:

"DÇ-2022"nin Qətərdə keçiriləcəyini düşünmürəm. Həkimlər Qətərdəki isti hava şəraitində turnirin keçirilə biləcəyinə zəmanət vermirlər. Dünya çempionatı sadəcə stadionlardan ibarət deyil. Mundial zamanı dünyanın bir çox ölkəsindən Qətərə insanlar gələcək. Həkimlər isə isti hava səbəbindən onların səhhətində problemin olmayacağına zəmanət vermirlər".

Qeyd edək ki, UEFA-nın baş katibi Canni İnfantino Qətərdə təşkil olunacaq "DÇ-2022"nin hansı fəsildə keçiriləcəyinə 2015-ci ilin mart ayında aydınlıq gələcəyini açıqlayıb. Qətərdəki mundialın qış fəslində keçiriləcəyi də istisna olunmur.
 
Əlavə edək ki, yüksək hərarətlə yanaşı, İŞİD terror təşkilatının təhdidləri səbəbindən "DÇ-2022"nin ev sahibliyinin Qətərdən alınaraq digər ölkəyə verilməsi məsələsi futbol ictimaiyyətində geniş müzakirə olunur.


Son xəbərlər