"Qarabağ"ın rəqibi darmadağınla liderliyə yüksəldi

"Qarabağ"ın rəqibi darmadağınla liderliyə yüksəldi
DÜNYA FUTBOLU 23 Sentyabr 2014 / 00:50 7498
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" klubu Ukrayna Premyer Liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Dnepropetrovsk təmsilçisi 7-ci turda evdə "Olimpik" (Donetsk) klubu ilə qarşılaşıb.

Premyer Liqanın hazırkı lideri "Şaxtyor" (Donetsk) klubunun son turda "Zorya"ya 0:1 hesabı ilə uduzması "Dnepr"ə lider olmaq şansı yaratmışdı. Muron Markeviçin komandası "Olimpik"lə oyunda qələbə qazanacağı təqdirdə liderliyə yüksələcəkdi ki, bunu da bacarıb. Bakı vaxtı ilə saat 23:00-da başlayan "Dnepr" - "Olimpik" oyunu meydan sahiblərinin 5:0 hesablı qələbəsiylə başa çatıb.  

Qeyd edək ki, bu oyundan sonra xalını 19-a yüksəldən "Dnepr" klubu lider "Şaxtyor"u 1 xal qabaqlayıb.






22 sentyabr

Ukrayna Premyer Liqası, 7-ci tur

23:00. "Dnepr" - "Olimpik" (Donetsk) - 5:0
Qollar:
Y.Seleznyov, 9 (1:0), B.Qama, 49 (2:0), Duqlas, 75 (3:0), N.Kaliniç, 77, 89 (5:0)



Son xəbərlər