Berti Foqts: «Bakıdakı restoranlarda yaxşı pivə və sosiska verirlər»

Berti Foqts: «Bakıdakı restoranlarda yaxşı pivə və sosiska verirlər»
ÖLKƏ FUTBOLU 17 Sentyabr 2009 / 11:17 2357
-  A +

«Azərbaycan uzun illər rusların əsarəti altında yaşayıb. Onlar müstəqillik qazandıqdan sonra demək olar ki, ruslarla dünməndilər. Bu baxımdan qarşıdakı oyun maraqlı və prinspial xarakter daşıyacaq». Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Rusiya komandasıyla qarşıdakı oyunla bağlı fikirlərini Almaniya mətbuatına bildirərkən söyləyib. Almaniyalı məşqçi ölkəmiz və insanlarımız haqda xoş sözlər deyərək həmyerlilərini Azərbaycana dəvət edib: «Bakı müasirliyinə görə İtaliyanı xatırladır. İnsanları da gülərüz və xoşniyyətlidir. Bakıdakı restoranlarda yaxşı pivə və sosiska verirlər. Məsləhət görürəm ki, Azərbaycana səfər edərək dediklərimi dadasınız».

Mənbə: «Futbol +» qəzeti

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın