Qurban Qurbanov «Turan»ı təriflədi

Qurban Qurbanov «Turan»ı təriflədi
XƏBƏR 16 Sentyabr 2009 / 19:58 1846
-  A +

«Turan» biz gözlədiyimizdən də yaxşı oynadı. Bu komandanın vaxta ehtiyacı var». Qol.Az-ın məlumatına görə, bu sözləri «Turan»a qarşı bugünkü oyundan sonra keçirilən mətbuat konfransında «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov söyləyib. «Hər bir komandanın Tovuzda rahat xal qazanacağına inanmıram» - deyən Q.Qurbanov meydançanın vəziyyətindən narazı qalıb. Onun sözlərinə görə, bir gün əvvəl yağan güclü yağış ot örtüyünü pis vəziyyətə salıb ki, bu da onun komandasının oyununa mənfi təsir edib: «Biz bu gün fərqli iki hissədə oynadıq. Əsas odur ki, qələbə qazandıq. Bizim sıx qrafikimiz var və indi qarşıdakı oyunlar haqda düşünürük».


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı