Sissoko Lənkəranda fitə basıldı

Sissoko Lənkəranda fitə basıldı
ÖLKƏ FUTBOLU 16 Sentyabr 2009 / 17:55 2409
-  A +

Bu gün saat 18:00-da Lənkəran şəhər stadionunda  Premyer Liqanın birinci turundan təxirə salınmış “Xəzər-Lənkəran” - “Bakı” matçı öncəsi xoşagəlməz olay yaşanıb. Qol.Az-ın məlumatına görə, “Bakı” futbolçuları matçdan öncə isinmə hərəkətləri edib soyunub-geyinmə otağına yollanan zaman yerli fanatlar bakılıların seneqallı qapıçısı Xalidu Sissokonu fitə basaraq onun ünvanına qeyri-etik ifadələr işlədiblər. Qeyd edək ki, bu, Sissoko ilə lənkəranlı fanatlar arasında yaşanan ilk belə insident deyil. Ötən mövsümün ikinci dövrəsində Lənkəranda  keçirilən və “Xəzər-Lənkəran”ın 3:0-lıq qələbəsi ilə başa çatan qarşılaşma zamanı da analoji insident yaşanmışdı. Hətta lənkəranlı polis matçdan sonra Sissokonu təhqir etmişdi. Ondan əvvəlki mövsüm bu komandaların yenə Lənkəranda keçirilən oyunu zamanı da lənkəranlılarla Sissoko arasında xoşagəlməz olay yaşanmışdı və o zaman afrikalı yerli azarkeşlərə əli ilə qeyri-etik jest göstərmişdi

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı