Cəzaçəkmə müəssisəsində futbol turniri (FOTOSESSİYA)

XƏBƏR 16 Sentyabr 2009 / 15:32 2332
-  A +

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti, AFFA və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə İslah-Əmək Müəssisələrində cəzasını çəkən məhbuslar arasında futbol yarışı təşkil olunub. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, oyunlar 6 saylı İslah-Əmək Müəssisəsində keçirilib. Turnirin finalına 6 saylı İƏM-in «Şəfa» və 15 saylı İƏM-in «Kəpəz» komandası yüksəlib. Qarşılaşma 3:2 hesabı ilə «Şəfa»nın xeyrinə başa çatıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. İştirakçı komandalara AFFA tərəfindən futbol geyim dəstləri və toplar hədiyyə olunub. Turnirin qalibi olan «Şəfa» komandasına kuboku Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov təqdim edib.
















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı