"Şəfa" stadionunda futbolçuları qarət etdilər

"Şəfa" stadionunda futbolçuları qarət etdilər
ÖLKƏ FUTBOLU 16 Sentyabr 2009 / 11:46 2207
-  A +

Azərbaycan futbolçularını qarət edən şəxs həbs edilib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.Hadisə paytaxtın Heydər Əliyev prospektində yerləşən “Şəfa” stadionunda baş verib. Kiçik futbol klublarından birinin oyunçuları “Şəfa” stadionunda futbol oynayan zaman stadionun paltardəyişmə otağında pulları və mobil telefonları oğurlanıb. Futbolçular - 1988-ci il təvəllüdlü Rüstəm Maarif oğlu Rüstəmovun 50 manat pulu və mobil telefonu, 1984-cü il təvəllüdlü Maksim Cərulla oğlu Söhbətovun mobil telefonu, 1984-cü il təvəllüdlü Elçin Mübariz oğlu Mirzəyevin telefonu və 20 manat pulu, 1981-ci il təvəllüdlü Rəhim Mirzəli oğlu Abdullayevin 43 manat pulu və mobil telefonu, 1984-cü il təvəllüdlü Tural Əli oğlu Babayevin 50 manatı, 1985-ci il təvəllüdlü Hikmət Malik oğlu Hüseynovun 60 manatı, 1984-cü il təvəllüdlü Samir Vaqif oğlu Əliyevin 150 manatı və mobil telefonu, Xızı sakini, 1981-ci il təvəllüdlü Hacı Atlıxan oğlu Atabalayevin isə 50 manatı və mobil telefonunun naməlum şəraitdə oğurlanması barədə polisə məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Nəbiyev Radiq Məmməd oğlu tutularaq istintaqa təhvil verilib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı