"Simurq" "Qarabağ"la oyunun hazırlıqlarına start verdi

XƏBƏR 16 Sentyabr 2009 / 11:32 1624
-  A +

"Bakı" ilə qarşılaşmadan sonra bir gün dincələn "Simurq" artıq "Qarabağ"la oyunun hazırlıqlarına start verib. Qol.Az-ın məlumatına görə, komanda ilk gün yüngül qaçış və bərpaedici məşqlə kifayətlənib. Bu gün ikidəfəlik, cümə axşamından şənbəyə qədər isə birdəfəlik məşqlər planlaşdırılıb. Zədədən əziyyət çəkən Rauf Mehdiyev və Roman Axalkatsi məşqlərdə iştirakdan məhrumdurlar. "Bakı"ya qarşı forma geyə bilən Gennadi Solonitsinlə Tural Cəlilovun da tam sağalmağa ehtiyacı var.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord