“Muğan”ın çalışdırıcısı millinin məşqçilərindən narazılıq etdi

XƏBƏR 14 Sentyabr 2009 / 13:53 1913
-  A +

Premyer Liqanın lideri “Muğan”ın baş məşqçisi Kаmal Alispahiç milli komandamızın məşqçilər korpusundan narazılığını ifadə edib. Bu haqda bosniyalı mütəxəssis Qol.Az-a verdiyi müsahibəsində deyib: “Mən başa düşə bilmirəm ki, millinin məşqçilər korpusu, seleksiyaçı məşqçilər hara baxırlar, niyə gəlib bizim oyunumuzu izləmirlər? Halbuki bizim klubda bu gün milli komandaya xeyir verə biləcək oyunçular var. Novruz Məmmədov, Arif İsayev, Ruslan Qafitullin millidə çıxış edənlərin heç birindən zəif deyillər. Çox istərdim ki, millimizin məşqçiləri gəlib bizim oyunlarımızı izləsinlər”. 

 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"