Kaxaber Sxadadze: "Samir Abbasov onu heyətə daxil etməməyimi xahiş etdi"

Kaxaber Sxadadze: "Samir Abbasov onu heyətə daxil etməməyimi xahiş etdi"
XƏBƏR 13 Sentyabr 2009 / 23:57 2073
-  A +

"Olimpik-Şüvəlan"ın vurduğu ilk qol çox gözəl alındı. Hətta bunu fantastik adlandırardım. Futbolçularım milli komandaların düşərgəsindən çox yorğun dönmüşdü. Samir Abbasov onu heyətə daxil etməməyimi xahiş etdi". Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Olimpik-Şüvəlan"la oyusonrası mətbuat konfransında "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib. Baş məşqçi komandasının sona qədər mübarizə aparmasından razılığını bildirib. "İki top fərqi ilə geri olduğumuz halda bərabərliyə nail olduq. Komandama minnətdarlığımı bildirirəm."


Son xəbərlər