Gəncədə bayram bayrama qarışdı

XƏBƏR 13 Sentyabr 2009 / 13:32 1964
-  A +

Futbol üzrə Azərbaycan I Divizionunda II tura start verilib. Qol.Az-a PFL-in mətbuat xidmətindən verilən məlumata görə, uzun fasilədən sonra yenidən doğma azarkeşlər önünə çıxan "Gəncə" komandası fanatları qol yağışı ilə sevindirib. I divizionun debütantı "Rəvan" isə ilk ev oyununda minimal hesablı qələbə qazana bildi.

"Rəvan" 1:0 "Bakılı"
(84` Anar Həsənli)

"Gəncə" 7:0 "Göyəzən"
(4` Rəhman Əzizov; 8` Mətləb Məmmədov; 21`, 26`, 68` İlqar Hüseynov; 49` İbrahim Hüseynov; 70` Ramil Nəsibov)

"Anşad-Petrol" 0:0 "Ədliyyə" 

 


Son xəbərlər